Azərbaycan Slovakiyada səfirlik açır.
REAL xəbər verir ki, bununla bağlı Milli Məclisə (MM) qanun layihəsi daxil olub.
Belə ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə MM-in iclasına tövsiyə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.