Vaşinqton və Brüsselin Rusiyanı təcrid etmək planı iflasa uğrayıb, ölkələr çoxqütblü və ədalətli dünyada yaşamaq istəyir.Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Kazanda keçirilən BRİKS sammitini şərh edərkən deyib.
“Bayden, Makron, Şoltsun vaxtı keçib. Ölkələr çoxqütblü və ədalətli dünyada yaşamaq istəyir. Bu, qarşılıqlı hörmətə və dövlətlərin suveren bərabərliyinə əsaslanır”, - o bildirib.
Onun sözlərinə görə, geniş təmsilçilik BRİKS-in dünya səhnəsinə təsirini göstərir:
“Bu günlərdə sammit zamanı və onun kənarında məsuliyyətli qərarlar qəbul edilir. Dünya əhalisinin az qala yarısını təşkil edən BRİKS ölkələrinin iqtisadiyyatları sürətlə inkişaf edir və sabitlik nümayiş etdirir. Qlobal ÜDM-də BRİKS-in alıcılıq qabiliyyəti paritetindəki payı ilin sonunda 36,7% təşkil edəcək ki, bu da G7-nin payını inamla üstələyir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.