sedanews.az
sedanews.az

Tarixi binanın üzərində qanunsuz tikilən mansard sökülür - Foto

30-04-2021, 15:40 411 dəfə baxılıb

Tarixi binanın üzərində qanunsuz tikilən mansard sökülür - Foto


Bakının 28 May küçəsində yerləşən 1908-ci ildə inşa edilmiş memarlıq binasında qanunsuz olaraq artırılan mansardın sökülməsi barədə qərar qəbul edilib.
Axar.az xəbər verir ki, memarlıq abidəsinin üzərində 2016-cı ildə artırılmış qanunsuz mansardın sökülməsinə başlanılıb.
Belə ki, qanunsuz tikili ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər qeydə alınıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin əlaqədar qurumları qanunsuz tikilini sökməyə qərar veriblər.
Qeyd edək ki, tarixi bina “Nizami” kinoteatrının yanında, kinoteatrın arxasında yerləşən bağla üzbəüzdür. Azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilmiş bu ev memarlıq abidəsi hesab olunur. Unikal memarlıq elementləri ilə seçilən bina “L'Art Nouveau” stilində ucaldılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA