sedanews.az
sedanews.az

“Azəriqaz”ın baş direktoru vətəndaşlara özü zəng edəcək

13-07-2021, 11:22 359 dəfə baxılıb

“Azəriqaz”ın baş direktoru vətəndaşlara özü zəng edəcək

Sosial şəbəkələr üzərindən müraciətlərə xüsusi diqqət ayıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Feysbuk üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.
“Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, bununla da vətəndaşların problemlərinin daha operativ həllinə çalışılacaq. Artıq neçə gündür ki, bu təşəbbüsə start verilib.
Telefon danışığı zamanı baş direktor müvafiq struktur rəhbərlərini də qrup zənginə qoşaraq ünvanlanan müraciətlərin qısa müddət ərzində həllini tapmasına çalışr, müraciətlərin icrasının nə yerdə olması ilə də maraqlanır, bununla da, struktur rəhbərlərini vətəndaş müraciətlərinə məsuliyyətlə yanaşmağa vadar edir.
"Vətəndaşların problemlərinin daha operativ şəkildə həllini tapması üçün vətəndaşlar bundan sonra gün ərzində ayrı-ayrı saatlarda R. Əliyevin zənglərini qəbul edəcək. Belə zənglər zamanı abunəçilər fikirlərini sərbəst səsləndirməkdən çəkinməsinlər", - deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA