sedanews.az
sedanews.az

Bakıdan İstanbula 144 manata avtobus reysi? - Açıqlama

31-08-2021, 15:19 381 dəfə baxılıb

Bakıdan İstanbula 144 manata avtobus reysi? - Açıqlama




Bakı Beynəlxalq Avtovağzalından Bakı-İstanbul-Bakı müntəzəm reyslərinin fəaliyyət ilə bağlı həqiqəti əks etdirməyən elanlar yayılıb.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova açıqlama verib.
O bildirib ki, həmin elanlarda hətta qiymətin 144 AZN olduğu qeyd edilib:
"Bu məlumat tamamilə yanlışdır. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən İstanbula heç bir müntəzəm marşrut xətti yoxdur. Pandemiya ilə əlaqədar olaraq daxili sərnişindaşıma bərpa olunsa da, beynəlxalq sərnişindaşımanın bərpası ilə bağlı qərar verilməyib. Gürcüstan, Türkiyə və digər istiqamətlərdə hələlik avtobusla sərnişindaşıma mümkün deyil. Lakin bu il iyulun 17-də Nazirlər Kabinetinin müvafiq qərarı ilə İran üzərindən keçməklə Naxçıvana avtobusla səfərlər təmin olunub.
Türkiyəyə getmək istəyən sərnişinlərə Naxçıvandan bilet almalarını tövsiyə edib. Naxçıvandan İğdıra və Türkiyənin digər şəhərlərinə gedə bilərlər. Bu, yaxşı bir şeydir. Bizim Naxçıvan üzərindən müntəzəm marşrutlarla gediş-gəlişimizin sayı artıb. Amma, əziz sərnişinlər, Naxçıvan üzərindən Türkiyənin hansısa şəhərlərinə səfərlərin olub-olmaması ilə bağlı məlumatı verən qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi deyil. Bu barədə məlumatı yalnız Naxçıvanla bağlı aidiyyəti qurumun səhifəsindən, saytından öyrənə bilərsiniz. Qeyd etdiyim kimi bütün hallarda Bakıdan nə Türkiyəyə, nə Gürcüstana birbaşa belə səfərlər var".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA