sedanews.az
sedanews.az

Nazir: Cəbrayıl, Suqovuşan, Zəngilanda yeni məktəblər tikiləcək

4-05-2022, 11:41 244 dəfə baxılıb




"Qarabağ zəfəri Azərbaycan təhsili üçün də yeni bir səhifə açıb".

Sedanews.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar şagirdlər arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması mərasimində deyib. Onun sözlərinə görə, Azərbaycan məktəbi bu gün zəfər çalmış ölkənin məktəbidir:
"Bu gün təhsilimizin qarşısında bir sıra ümdə məsələlər durur. Şuşada və Ağdamda məktəblər tikilir. Sevindirici haldır ki, ən birinci tikilən binalar elə məktəb binaları olub. O cümlədən Cəbrayılda, Suqovuşanda, Zəngilanda yeni məktəblər tikiləcək. Azad olunmuş ərazilərimiz zəng səsinə qovuşacaq".
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA