sedanews.az
sedanews.az

NƏ GECƏMİZ VAR, NƏ GÜNDÜZÜMÜZ...

26-07-2022, 14:38 754 dəfə baxılıb

                           NƏ GECƏMİZ VAR, NƏ GÜNDÜZÜMÜZ...



    Son illər Respublikada qanunsuz fəaliyyət göstərən kafe və restoranlar yağışdan sonra artan göbələk kimi peyda olur. Yaşayış ərazilərində əhaliyə məhəl qoymadan üzdəniraq sahibkarlar «at oynadırlar». Təbii ki, onların himayədarları var. Əhalidə narazıdlıqlar baş verir. Bu da təbii ki, kütləvi münaqişələrə gətirib çıxarır. 


   Bununla bağlı Xırdalan şəhəri AAF yaşayış kompleksinin ərazisində yerləşən Veysəl Müsübov və Əli Ələkbərov küçə sakinlərindən redaksiyamıza şikayət daxil olunub. Şikayətdə bildirilir ki, «İki bina bir birinə həddən artıq yaxındır, binanın altında çoxlu iaşə obyektləri var. Binaların arxa tərəfi üzbə-üz baxır həmən iki binanın ərazisində yaxın zamanlarda bir təndirxana fəaliyyət göstərirdi. Oranı söküb bizə bildirdilər ki, həmin ərazidə uşaqlar üçün kiçik bir park salınacaq. Çox sevindik. Amma çox keçmədi bu sevincimizə «soğan doğradılar» haradansa özünü iş adamı adlandıran Fuad adında bir şəxs açıq havada "Panda korda" adlı kafe inşa etdi.   Öyrəndik ki, həmin Fuad adlı şəxsin Əli Ələkbərov küçəsində «Central» adıyla fəaliyyət göstərən ofisi də var. Öz iradlarımızı ona bildirdik. Lakin o bizə məhəl qoymadan: "mənim arxamda Tofiq Heydərovlar dayanır"- deyə bizi hədələdi. Hətta sahə müvəkkili polis mayoru Bəybala Ərəbova da şikayət etdik. Şikayətimiz təmin olunmadı. AAF parkın təsisçisi Tofiq Heydərovun qəbuluna düşmək istədik, lakin alınmadı. Sizdən xahiş edirik gəlin öz gözünüzlə görün. Binalar çox yaxın olduğundan qız-gəlinimiz balkona çıxa bilmirlər, burda olan səs-küy narahatçılıq yaradır, nə gecəmiz var, nə gündüzümüz. Bunu işıqlandırın, ölkə Prezidentimizə çatdırın. Bizi bu özbaşnalıqdan qurtarsın».
   Faktı araşdırmaq məqsədilə həmin əraziyə yollandıq. Həqiqətləri gördük və çəkdik. Ümüdvarıq ki, sakinlərin narazıçılığına səbəb olan bu problem tezliklə aradan qaldırılacaq və haqq-ədalət öz yerini tapacaq.
   PS Qarşı tərəfi dinləməyə hər zaman hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA