sedanews.az
sedanews.az

Qəzalı vəziyyətdə olan uşaq bağçası hər an çökə bilər - VİDEO

20-10-2022, 16:00 48 dəfə baxılıb




Divarları çat, döşəməsi qırıq, tavanı isə çökmüş vəziyyətdə. Yağan yağış suları dam örtüyünün və tavanın dəliklərindən binanın içərisinə tökülür. Bura Şəkinin Baş Zəyzid kəndinin uşaq bağçasıdır. Əgər bura təlim-tərbiyə ocağı demək mümkündürsə.
Bağçanın 60 il öncə çəkilən elektrik xətləri də bərbad vəziyyətə düşdüyündən tez-tez qısaqapanmalar baş verir. Ona görə də otaqların əksəriyyətində işıq yoxdur. Ötən əsrin ortalarında tikilən bina bu vaxta qədər əsaslı təmir olunmadığından hazırda dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.
Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən şifahi olaraq bildirilib ki, sözügedən bağçanın vəziyyəti ilə əlaqədar müvafiq qurumlara məlumat verilib. Bağçanın əsaslı şəkildə təmir olunması nəzərdə tutulub.
Müvafiq qurumlar nəzərdə tutulan planlarını reallaşdırana qədər isə körpələr bu qışı da soyuq bağçada keçirməli olacaqlar. Bəs görəsən, uzun illər ərzində aidiyyəti şəxslərin yolu bir dəfə də olsun bu bağçadan düşübmü? Uşaqların təlim-tərbiyə ocağının şəraitini canlı şəkildə görüblərmi? 
Suallara cavab tapılsa, iki min nəfərə yaxın sakini olan kəndin yeganə bağçasının aqibətinin necə olacağı da bəlli olar.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Bizimlə əlaqə saxlayın






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA