sedanews.az
sedanews.az

Azərbaycanda pensiya amnistiyası tətbiq ediləcək

27-12-2022, 15:16 366 dəfə baxılıb


                Azərbaycanda pensiya amnistiyası tətbiq ediləcək.
Sedanews.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilib.
       Dəyişikliyə əsasən, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Belə ki, qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Hazırda isə artıq ödənilən bütün məbləğ geri tutulur.
       Dəyişikliyə əsasən, həmçinin daha az məbləğdə pensiya alanlardan 10%, daha çox pensiya alanlardan isə 20% məbləğ tutulacaq.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA