AQTA-nın əməkdaşları təmizlik aksiyasında iştirak ediblər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələrinin əməkdaşları 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən təmizlik aksiyalarında iştirak ediblər. Aksiyalar Kür çayı, Araz çayı, Sumqayıtçay, Qusarçay, Qudyalçay, Pirsaatçay, Gümrükçay, Kiş çayı, Tərtərçay, Gəncəçay çay sahillərində təşkil olunub. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci ildə keçirilən toplantısında iyunun 5-nin hər il Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunması qərara alınıb. Bu il bu gün “Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası” devizi altında təşkil edilib. REAL
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: