Sabah 28 minə yaxın müəllim sertifikatlaşdırma imtahanlarının test imtahanı mərhələsində iştirak edəcək.
APA xəbər verir ki, bunu Təhsil İnstitutunun (ARTİ) İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, 8500 nəfər Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfər isə ibtidai sinif üzrə prosesə cəlb olunacaq.
"İmtahanlar gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək" - deyə o qeyd edib.
Xatırladaq ki, 60 yaşdan yuxarı 5700-dən artıq müəllimin dəvəti ötən gün geri götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.