Saat 12:00-a olan məlumata əsasən, ümumillikdə ölkə üzrə 885 vahid qan yığılıb.
Bu barədə Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, yığılan qan Bakı üzrə 630, regionlarda isə 255 vahid təşkil edib.
Vurğulanıb ki, Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Məhərrəm ayının 10-u, Aşura ilə əlaqədar keçirilən könüllü qanvermə aksiyası davam edir.
***12:35Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar Bakıda 8 məscid və ziyarətgahlarda keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayı açıqlanıb.
Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva “Report”a açıqlamasında bildirib ki, qanvermə aksiyası başlayandan indiyədək paytaxtda 600 nəfərə yaxın şəxs könüllü olaraq qan verib.
O qeyd edib ki, qanvermə aksiyasına vətəndaşlar tərəfindən çox böyük maraq var: “Aksiya hazırda davam edir”.
REAL
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.