sedanews.az
sedanews.az

Azərbaycanlı tələbə erməniləri arxada qoyaraq birinci oldu - FOTO

15-12-2023, 11:57 262 dəfə baxılıb

  ADA Universitetinin tələbəsi İbrahim Tağızadə Gürcüstanın Kutaisi şəhərində keçirilən informatika üzrə Cənubi Qafqaz Açıq Çempionatının fərdi mərhələsində bütün rəqiblərini üstələyərək birincilik əldə edib.
  Məlumata görə, ilk onluqda daha iki azərbaycanlı tələbə yer alıb. Onlar Bakı Ali Neft Məktəbinin tələbəsi Emin Orucov və ADA Universitetinin tələbəsi Emil İnoçkindir. Tələbələr müvafiq olaraq 6-cı və 7-ci yerləri tutublar.
  Qeyd edək ki, 11-16 dekabr 2023-cü il tarixlərində Gürcüstanın Kutaisi şəhərində keçirilən “48-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və “Cənubi Qafqaz Açıq Çempionatı”nda Azərbaycanı ümumilikdə 15 ali təhsil müəssisəsindən 20 komanda (hər komandada 3 tələbə və komanda rəhbəri) təmsil edib.
Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni “C”, “C++”, “Java” və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib.
   Fərdi yarışlarda isə 4 saat ərzində 10 alqoritmik məsələnin həlli istənilib.
   Qeyd edək ki, bu, İbrahim Tağızadənin ilk uğuru deyil: o, Respublikamızda Riyaziyyat üzrə Fənn müsabiqəsinin (2016) qalibi, “European Junior Olympiad in Informatics” (EJOI, 2018) bürünc mükafatçısı, “International Olympiad of Informatics”in (IOM, 2018) bürünc mükafatçısı, (İnformatika üzrə) Cənubi Qafqaz açıq birinciliyində 3-cü yerin sahibi, İnformatika üzrə Respublika Fənn Olimpiadasının (2018, 2019) gümüş mükafatçısı, İnformatika üzrə Respublika Fənn Olimpiadasının (2020) qızıl mükafatçısı, ACM ICPC ¼ (Regional, Azerbaijan) qalibi olub. İbrahim Tağızadə, həmçinin beynəlxalq yarışlarda iştirak edən və ölkəmizə medallarla qayıdan məktəblilərin lideri və debüt lideri seçilib.
  Azərbaycan ali təhsil müəssisələri 2005-ci ildən etibarən “ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsində iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA