sedanews.az
sedanews.az

Şənbə günü rayonlara qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

26-01-2024, 12:40 213 dəfə baxılıb

  Bakıda və Abşeron yarımadasında yanvarın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
  Milli Hidrometeorologiya Xidmətindən REAL-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var.
  Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
  Azərbaycanın qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
  Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
  Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA