sedanews.az
sedanews.az

Şagirdlərin hərəkəti ilə bağlı bu tədbir görülüb - Direktor

19-02-2024, 22:24 200 dəfə baxılıb

   156 nömrəli məktəbin 11-ci sinif şagirdi olan qız 9-cu sinifdən məzun olan qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Həmin video sosial şəbəkələrdə yayılandan sonra aidiyyəti qurumlar və məktəb tərəfindən dərhal reaksiya verilib.

  Bu sözləri  156 saylı məktəbin direktoru Gülər İsmayılova sosial şəbəkələrdə yayılan məlum videoya münasibət bildirərkən deyib.
  O bildirib ki, hadisə ötən il yanvarın 17-də məktəbdən kənarda baş verib:
“Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Aidiyyəti üzrə şagird və valideynlərin izahatı alınıb. Baş verən hadisə ilə bağlı araşdırma davam edir. Məktəblilərin müvafiq davranış qaydalarına əməl etmələri, eləcə də uşaqların ictimai yerlərdə davranışı ilə bağlı uşaqlar və valideynlərlə davamlı maarifləndirici söhbətlər aparılır”.
  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, BŞTİ tərəfindən şagirdin uyğunsuz hərəkətləri ilə bağlı müvafiq araşdırma aparılır:
“Məsələ nəzarətə götürülüb, araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”, - B.Məmmədov vurğulayıb.
Axar.az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA