sedanews.az
sedanews.az

Bakı II Qaregini niyə Xankəndiyə buraxdı?..

7-06-2021, 14:25 400 dəfə baxılıb

Bakı II Qaregini niyə Xankəndiyə buraxdı?..



Azərbaycan rəhbərliyi istəsə idi, bütün ermənilərin katolikosu II Qareginin Qarabağa gəlməsinin qarşısını rahatlıqla ala bilərdi. Nəzərə almaq lazımdır ki, ölkə rəhbərliyinin Qarabağa gəlib-gedən hər kəsdən xəbəri var.
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Bütün ermənilərin katolikosu II Qaregin Qarabağa gəlməsi və Xankəndidə separatçı-terrorçu Araik Arutyunyanla görüşməsi haqda danışarkən deyib.
O bildirib ki, II Qareginin Qarabağa buraxılmaması ciddi səhv olardı:
“Məsələ ondadır ki, II Qaregin bütün ermənilərin katolikosudur. Yəni o, sözdə də olsa, din xadimidir. Dolayı yolla onun Qarabağa səfəri də siyasi motiv daşımır. Rəsmi Bakı səbəbsiz yerə onun Qarabağa girişinə qadağa qoysa idi, başda Fransa olmaqla, Qərbin xristian ölkələri Azərbaycana etiraz edərdi.
Hər halda Azərbaycan bunu nəzərə alaraq, II Qareginin Qarabağa girməsinə icazə verilib. Lakin bundan sonra onun yenidən Qarabağa gəlməsinə icazə verməməyimiz üçün kifayət qədər səbəbimiz var.
Belə ki, II Qaregin Xankəndidə separatçı-terrorçu Araik Arutyunyanla görüşüb. Bu da azmış kimi, görüş zamanı o erməniləri Azərbaycana qarşı mübarizəyə ruhlandırıb. Bu, faktiki olaraq onun Qarabağa səfərinin heç də dinc məqsədlə olmadığını sübut edir. II Qaregin rəsmi Bakının ona göstərdiyi humanizmdən sui-istifadə edərək həssas bir zamanda Azərbaycanın erməni əsilli vətəndaşlarını açıqca separatçılığa sövq edir.
Rəsmi Bakı faktiki olaraq II Qaregini separatçı-terrorçu Araik Arutyunyanla görüşməsi və erməniləri Azərbaycana qarşı mübarizəyə ruhlandırmasını əsas gətirərək, bundan sonra Qarabağa səfərinə icazə verməyə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA