sedanews.az
sedanews.az

Azərbaycan idmançıları böyük qürur hissi ilə qalib ölkəni, müzəffər xalqı təmsil edirlər

11-04-2022, 10:20 266 dəfə baxılıb

                            Azərbaycan idmançıları böyük qürur hissi ilə qalib ölkəni, 
                                               müzəffər xalqı təmsil edirlər



     Hər bir ölkə və xalqın dünya miqyasında tanınmasında idman və idmançıların böyük əməyi var. Ulu öndər Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu.
Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizin idman həyatı yeni mərhələyə qədəm qoydu. Həmin vaxta qədər respublikada mövcud olmayan idman növləri üzrə federasiyalar yaradıldı. Ölkəmiz üçün ənənəvi idman növləri daha da inkişaf etdirilməyə başlandı. İdmana göstərilən bu qayğı gənclərimizin daha böyük həvəslə idmana meyillənməsinə zəmin yaratdı. Nəticədə, idmançılarımız olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərməyə başladılar. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı.
Bu tarixi seçim Ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə ideyalarının daha sürətlə gerçəkliyə çevirilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.
Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev Prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.
Macarıstanda keçirilmiş Avropa çempionatında güləşçilərimiz ölkəmizi layiqincə təmsil edərək, böyük qələbə ilə Vətənə qayıdaraq xalqımızı sevindirmişlər. Sərbəst güləş və yunan-Roma güləşi üzrə idmançılarımız ümumilikdə 16 medal qazanaraq, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu böyük naliyyətdir. Cənab Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə 8 aprel 2022-ci il tarixində keçirilmiş görüş Cənab Prezidentin idmana olan diqqət və qayğısının təzahürüdür. Bu xarakterli görüşlər gənc idmançılarımızı daha da ruhlandırır.
Biz gənclər dövlətin bizə yaratdığı şəraitdən maksimum istifadə edərək hərəmiz öz sahəmizdə lazimi fəaliyyət göstərməli, Azərbaycan bayrağını qalib xalqın qalib gəncləri kimi daim yüksəklərdə dalğalandırmalıyıq!

                                                                       Suraxanı rayonunun gənc fəalı Amil Quliyev







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA