sedanews.az
sedanews.az

1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili kimi qeyd edilir

1-08-2022, 15:55 269 dəfə baxılıb

Dil açanda ilk dəfə Ana söyləyirik biz, 
Ana dili adlanır bizim ilk dərsliyimiz.


  Mənim anam dilim, doğma dilim, doğma anamın dili-Azərbaycan dili  bu dili bilmək, onu sevib qorumaq hər bir vətandaşın ən müqqədəs borcu və vəzifəsidir. Dilimiz zaman-zaman qol qanad açdı. Elm dili, sənət dili kimi inkişaf etdi. Səfəvi  hökmdarı Şah İsmayıl Xətai -ana dilinin dövlət səviyyəsində  istifadə edilməsini ilk dəfə olaraq  həyata keçirdi.
Xətai, taxdında  sən fərman oldun,
Dillərə hökm edən  qəhrəman oldun.
Mənim ana dilim bax beləcə daima inkişaf etmiş, qorunmuş bu günümüzə gəlib çatmışdır.
“Dil deyəndə biz təkcə nitq söylədiyimiz, danışdığımız dili nəzərdə tutmuruq. Anamızın dilidir-Ana dilimiz”. Heydər  Əliyev.
Azərbaycan dilinin hərtərəfli inkişafı onun dövlət kimi tanınması beynəlxalq kürsülərdən eşidilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumimilli lidermizin  bu sahədə əməyi misilsizdir. Ana dilinin dövlət dili olması uğrunda mübarizə aparan ümummilli liderimiz bütün ziyalıları, xalqı bu dil uğrunda mübarizəyə  çağırırdı. Onun təşəbbüsü ilə  27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Kostitusiyasına “Azərbaycan SSR-nin  dövlət dili  Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.
O, dilini sevirdi, Vətənini sevirdi. Ona görə də böyük şairimiz Səməd Vurğunun “Azərbaycan” şerini söyləyərkən kövrəlirdi. O, rus dilini gözəl, mükəmməl  bilsə də ana dilinə məhəbbət hissini həmişə xalqına sevdirmişdi.
  Bəli,  Umumilli   liderimiz  dilini sevirdi və sevdirirdi. Bütün ziyalıları bu dili sevdirməyə çağırırdı. Azərbaycan dilçi ailələrinə  diqqət və qayğı göstərirdi. Azərbaycan dilində kitabların nəşrini daha çox artırılmasına, ana dilində geniş tədbirlərin keçirilməsinə çalışırdı.
Biz ziyalılar bu gün Ulu Öndər Heydər Əliyevin dil haqqında fikirlərinə sadiqik. Onun  davamçısı olan Prezidentimiz cənab İlham Əliyev tərəfindən dilimiz daim inkişaf edir yeni qərarlar qəbul olunur. 2004-cü  ildə imzalanmış Sərəncama  uyğun olaraq Azərbaycan  dilində latın  qrafikası ilə kütləvi nəşrlərin  həyarta keçirilməsi haqqında latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. O cümlədən Azərbaycan Milli  Ensiklopediyasının nəşri, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri milli dilimizə olan marağın bariz nümunəsidir. 
   Bəli, biz ziyalılar dilimizin saflığı, qorunması  uğrunda həmişə mübarizə aparmalıyıq. Bu bizə Ulu Öndərimiz Heydər Əliyevdən  bir mirasdır. Cənab Prezidentimiz İlham Əliyevdən tövsiyədir. 
 “Dilimiz çox zəngin və ahəngdar dildir dərin tarixi köklərə malikdir. Şəxsən  mən  öz dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. ” Heydər Əliyev.
   
                                                  
Məlahət Əsədova 
N.Həmidov adına 208 nömrəli tam 
orta məktəbin direktoru 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA