sedanews.az
sedanews.az

Yaponiya sahillərində 6 bal gücündə zəlzələ olub

21-05-2024, 08:54 123 dəfə baxılıb


 Tokiodan 1,2 min km cənubda yerləşən Yaponiyanın Oqasavara adaları ərazisində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.
  Yeraltı təkanların episentri Sakit okeanda, təxminən 2 min nəfər əhalisi olan Çiçicima adası yaxınlığında olub.
Zəlzələnin ocağı təxminən 50 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb. Tələfat və dağıntılar barədə məlumat verilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA