sedanews.az
sedanews.az

İsveçrə Azərbaycana 12 milyon dollar ayırır

7-06-2021, 14:15 352 dəfə baxılıb

İsveçrə Azərbaycana 12 milyon dollar ayırır



İsveçrə Cənubi Qafqaz üçün 2022-2025-ci illər üzrə regional əməkdaşlıq strategiyası hazırlayır.
 Bu barədə İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO) məlumat yayıb.
Qeyd olunur ki, bu layihə çərçivəsində SECO Azərbaycanda iqtisadi əməkdaşlıq layihələri üçün 12 milyon dollar vəsait ayırmağı planlaşdırır:
“SECO Azərbaycanda Dünya Bankı qrupunun Beynəlxalq Maliyyə Korporasiyaı tərəfindən reallaşdırılan aqrar biznesin rəqabətqabiliyyətliliyi və investisiya mühiti lahiyəsinə maliyyə dəstəyi göstərir. Bu layihə Azərbaycan hökumətini iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin yüksəldilməsini dəstəkləyir.
Layihə keyfiyyətli toxumlara çıxış imkanını genişləndirir, aqrar biznes sahəsində dəyər yaratma zəncirinin tənzimlənməsinin optimallaşdırılmasını təmin edir və kənd təsərrüfatı müəssisələri üçün aqrar-maliyyə alətlərinə, kredit və digər məhsullara çıxış imkanlarını artırır”.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA