Azərbaycan İnvestisiya Holdinqinin tabeliyindəki dövlət şirkətləri dövriyyəyə şəriət qaydaları ilə istiqraz (adi istiqrazların islami ekvivalenti) - sukuk buraxa bilər.
"Report"un məlumatına görə, bununla bağlı holdinq İslam İnkişaf Bankı Qrupunun (IsDBG) qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə əməkdaşlıq etmək niyyətindədir. Artıq tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Bəs Azərbaycanda buraxılacaq islam istiqrazlarına müştəri tapılacaqmı? Ümumiyyətlə bu cür emissiya hansı iqtisadi nəticələr doğuracaq?
Bu barədə “Report”a açıqlama verən islam bankçılığı üzrə ekspert Ruslan Atakişiyev hesab eidr ki, sukuk ölkəyə qısa zamanda 100 milyonlarla dollar axın təmin edəcək: “Azərbaycanda sukukun emissiyasının əsas məqsədi yeni maliyyə mənbələrinin müəyyən olunmasıdır. Belə ki, ölkə daxilində haram sayaraq istiqraz almayan kifayət qədər insan var. Digər tərəfdən Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn kimi körfəz ölkələrində Azərbaycana investisiya qoymaqda maraqlı olan, lakin eyni səbəbdən bunu etməyənlər kifayət qədərdir. Sukukun emissiyası AİH-nin idarəetrməsində olan şirkətlərə qısa zamanda külli miqdarda vəsaitin axınını təmin edəcək. Burada söhbət 100 milyonlarla dollardan gedir”.
Onun sözlərinə görə, sukuk üzrə gəlirlilik bəzi hallarda ənənəvi istiqrazlarla müqayisədə xeyli yuxarı olur: “Ənənəvi istiqrazlar üzrə gəlirlilik fiksə olunmuş faiz üzrə hesablanır. Nəticədən aslı olmayaraq sonda faiz gəlirlərini istənilən halda almış olursunuz. Sukukda müəssisənin xalis mənfəətinə şərik olursunuz. Yəni onun risklərini bölüşürsunuz. Bu məqam ilk baxışda sukukun ənnənəvi istiqrazlara nisbətən daha riskli olması görüntüsü yaratsa da əslində məsələ tam da belə deyil. Beynəlxalq təcrübədə sukukun risklərinin müxtəlif yollarla minimuma endirilməsi mexanizmləri mövcuddur. Belə ki, borclanmaya gedən tərəf zərər etdikdə sukuk üzrə ödəliklərini əvvəlki illərin mənfəəti hesabına, əlavə borclanmaya getməklə və ya sığorta hesabına ödəyə bilir. Nəticə etibarı ilə risklər klassik istiqrazlarla bərabər səviyyədə olur. Lakin sukukun gəlirliyi əvvəlcədən razılaşdırılmış şəkildə deyil, nəticəyə bağlı olduğuna görə bəzi hallarda ənnəvi istiqrazlarla müqayisədə xeyli yuxarı olur. Bu baxımdan ona tək müsəlmanlar deyil qeyri müsəlmanlar da investisiya aləti kimi müraciət edirlər”.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycanda sukuk tətbiq olunan zaman qanunvericilik baxımından bəzi uyğunsuzluqlar ortaya çıxa bilər: “Sukuka münasibətdə ikiqat vergiyə cəlb olma məsələsi yarana bilər. Bu, sukukun təbiətindən irəli gəlir. Belə ki, o, istiqraz olduğuna görə faiz gəlirləri, faktiki olaraq mənfəətdən gəliri nəzərdə tutduğuna görə isə dividend kimi vergiyə cəlb oluna bilər. Sukunun cəlbediciliyini artırmaq üçün vergi və mülki məcəllədə müəyyən islahatların aparılması labüddür. Onun statusu tam şəkildə müəyyən olunmalıdır. Müvafiq müddəalar qanuvericilikdə öz əksini tapmalıdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İsveçrə Azərbaycana 12 milyon dollar ayırır
"İşğal edilmiş ərazilərdəki bəzi məscidlərimizdə heyvan da saxlanılır"
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Sülh sazişi ətrafında növbəti oyun: Ermənistan üçün son şans bitir - MÜSAHİBƏ
Ramiz Mehdiyevin partiyadan xaric edilməsi məsələsinə qurultayda baxılacaq – AÇIQLAMA
İran nüvə proqramını sülh məqsədləri üçün davam etdirəcək - Araqçi
Fevralın 17-sinin hava PROQNOZU
Azərbaycanda hərbi xidmətə MÜHÜM DƏYİŞİKLİK – 3 ildən 6 ayadək
Binalarda təhlükəsizlik məsələsi: Sakinlər bu şərtlərə mütləq əməl etməlidir - XƏBƏRDARLIQ
Ərdoğanın BƏƏ səfəri təxirə salınıb
Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açılıb
Arayik Harutyunyan ömürlük, daha 7 nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edildi - YENİLƏNDİ/FOTO
Ceyhun Bayramov: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə bu adla tanınır
İran ətrafında vəziyyət dəyişir - Şaraa da qisas mesajı verdi
Bakıdakı hərbi caniləri müdafiə edənlər şərt irəli sürürlər - Seyidov faktları açıqladı
429 uşağın dərsə davamiyyəti bərpa edildi
Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmi öldü
İsrailin İranla bağlı qırmızı xətləri açıqlandı
Lənkəranda 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinə mediatur təşkil olunub - FOTO
Hava şəraiti və küləyin təsirləri...
Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirildi
Casusluqda ittiham edilən Martin Ryanın məhkəməsində hal şahidi ifadə verdi
Azərbaycanda telefonlar bahalaşacaq - 15-20 faiz
Ukrayna Baydenin vəd etdiyi maliyyə yardımını ala bilməyib
Azərbaycan–BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ilk iclası keçirildi
Prezident sərəncam imzaladı - Bu gənclər mükafatlandırıldı - ADLAR
Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? - AÇIQLAMA
"Ərdoğanın Ermənistan üçün yardım xəbəri saxtadır" - Rəsmi açıqlama
İki BOKT-un vəzifəli şəxsi cərimələndi
Azərbaycan XİN Holokost qurbanları ilə bağlı paylaşım etdi
Azərbaycan və ABŞ arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edildi
Bu gündən məktəblərdə qış tətili başlayır
Mir Şahin ANS-dən danışdı: Vahid Mustafayevə cavab
İki müsəlman ölkəsindən kömək istədilər: İrandakı rejimi birlikdə devirək
Türkmənistan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirildi
Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satılır - 350 minlik mənzil, avtomobillər…
Özbəkistan Çinlə strateji tərəfdaşlığı müzakirə etdi
Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər
Эта страна взлетит на воздух - Трамп
İrana xəbərdarlıq etdi: Bu, belə davam edə bilməz, təhlükə yaxınlaşır
Prezident Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi