sedanews.az
sedanews.az

Çanaqqala igidi Atatürkün təklifindən niyə imtina etmişdi…

14-07-2022, 15:58 161 dəfə baxılıb

  Çanaqqala savaşında 275 kiloluq mərmini təkbaşına daşıyaraq, top atışı həyata keçirən və düşmən gəmisini vuran Onbaşı Seyidin Atatürklə görüşü haqda sosial şəbəkələrdə diqqətçəkən status paylaşılıb.

   Kult.az xəbər verir ki, iddiaya görə, Qazi Mustafa Kamal Atatürk illər sonra Seyidlə görüşür. Həmin vaxt Seyid kömür mədənində şaxtaçı işləyirmiş.
Atatürk Seyidin çox kasıb yaşadığını biləndən sonra ona pensiya kəsilməsi üçün göstəriş verəcəyini deyir. Onbaşı isə buna qəti etiraz edir, deyir ki, mənə ayıb olar, sonra haqqımda “Vətən üçün mərmi atıb, qarşılığında pensiya alır” deyərlər.
   Onbaşı pensiyadan imtina edir, ömrünün sonuna qədər şaxtaçı kimi çalışır.
Qeyd edək ki, Seyid Əli Çabuk 1889-cu ildə Balıkəsirin Havran ilçəsinin Çamlıq kəndində dünyaya gəlib. 1909-cu ildə Seyid Əli Osmanlı ordusuna qoşulur və Balkan müharibələrində (1912–1913) vuruşur. Savaşdan sonra Çanaqqala boğazını müdafiə edən qarnizona köçürülür.
Böyük ingilis-fransız donanmasının əsas hücumu 18 mart 1915-ci ildə başlayır.
    Müttəfiq donanmasının hücumu nəticəsində müdafiə qalaları dəhşətli atəşə məruz qalır. Rumeli Məcidiyədəki top işlək vəziyyətda olsa da, ağır artilleriya mərmilərini qaldıran mexanizm zədələnir. Seyid hər biri təxminən 275 kq ağırlığında olan 3 ədəd 240 mm-lik mərmini topa qaldırır və türk artilleriyası atəşi davam etdirir. Bir sıra məlumatlarda mərmilərin ağırlığı 140–255 kq arasında göstərilir. Məhz Seydin qaldırdığı mərmilərdən biri Britaniya zirehli gəmisi olan “Ouşen”ə ölümcül xəsarət yetirir; gəmi özü isə dəniz minasına toxunması nəticəsində batır.
    Antantanın dəniz hücumunun dəf edilməsindən sonra Seyidə onbaşı rütbəsi verilir, əfsanəvi igidliyi isə ona milli qəhrəmana çevirir. Deyilənə görə, döyüşdən bir gün sonra Seyidin şəklini çəkmək istədikdə, o, oxşar mərmini heç cür tərpədə bilmir. Bundan sonra qəhrəman “Əgər yenidən müharibə başlasa, yenə də qaldıraram” deyir. Seyidin şəkli isə taxta mərmi ilə çəkilir.
   1918-ci ildə Seyid ordudan tərxis olunaraq doğma kəndinə qayıdır. Bir müddət meşəbəyi, daha sonra isə kömür şaxtasında şaxtaçı kimi çalışır.
  1939-cu ildə ağciyər xəstəliyindən vəfat edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA