sedanews.az
sedanews.az

Ermənistanda müharibə hazırlığı - Yeni savaş üçün GÜLÜNC MÜRACİƏT

23-09-2021, 14:57 306 dəfə baxılıb

Ermənistanda müharibə hazırlığı - Yeni savaş üçün GÜLÜNC MÜRACİƏT

Keçən həftə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin görüşü keçirilib. Təşkilatın Baş katibi Stanislav Zas iclasın yekunlarına dair bəyanatında qeyd edib ki, növbəti sessiya bu ilin sonunda Ermənistanın paytaxtı İrəvan şəhərində keçiriləcək. Bununla da KTMT-nin sədrliyi Ermənistana keçib.II Qarabağ müharibəsinin bitdiyini elan edən, Ermənistanın kapitulyasiya aktı olaraq imzaladığı 10 noyabr üçtərəfli bəyanatından 10 aydan artıq bir müddət keçsə də, bu günə kimi əsas müddəları icra etməkdən yaxa qurtarmaq üçün bu müddət ərzində müxətlif hadisələr ətafında manipulyasiya cəhdlərinə bir an belə olsun ara verməyən İrəvanın və revanşist qüvvələrin KTMT-dən güc almaq istəklərindən əl çəkmədikləri görünür. Baxmayaraq ki, 44 günlük müharibə zamanı Nikol Paşinyan başda olmaqla rəsmi İrəvanın müxtəlif çağırışlarını təşkilat üzvləri cavabsız qoymuşdular. Nikol Paşinyan son çıxışlarındakı ritorikası ilə, həm də sərhəddəki son təxribatlar Ermənistanın ağır məğlubiyyətdən dərs çıxarmadıqlarını göstərir. 

Belə ki, iki gün əvvəl İrəvanda Ermənistanın Müstəqillik Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı Paşinyanın söylədiyi ifadələr rəsmi Bakıya, xüsusən də regionda sülhə növbəti təhlükə, təhdid çıxışı kimi də şərh edilə bilər. Ermənistan baş naziri yenidən təzadlı fikirlər səsləndirib. Müharibənin ağrı-acısını üzərindən ata bilməyən vətəndaşlarını gələcəyə ümidləndirməyə çalışan Nikol Paşinyan yenidən sərsəm bəyanatları ilə müharibə ritorikasından əl çəkmədiklərini nümayiş etdirib. Baş nazir bir tərəfdən məğlubiyyətdə keçmiş komandanı günahlandırıb, digər tərəfdən də onlardan geri qalmayaraq revanşist fikirləri ilə diqqət mərkəzinə düşüb. "Tarixdə qalibiyyət hər zaman böyük qələbəyə çevrilmir. Həmçinin müharibədəki məğlubiyyət də mütləq məğlubiyyət demək deyil. Biz öz məğlubiyyətimizi qələbəyə çevirməliyik" deyən Paşinyan bir daha əsl xislətlərindən - işğalçılıq, ərazi iddialarından asanlıqla əl çəkənə oxşamadıqlarını təsdiq edib.

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşməsinin dərhal ardınca ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də tələm-tələsik Nyu-Yorka uçması isə son bir həftədə baş verən proseslərin "erməni gündəliyinin" tərkib hissəsi hesab edilə bilər. Bu, bir daha ermənipərəst qüvvələrin hələ də Qarabağla bağlı ümidlərini itirmədiklərindən xəbər verir. 30 illik işğala məhz öz Ordusu hesabına son qoyan Azərbaycan bütün dünyaya, eləcə də Minsk Qrupuna göstərdi ki, onların fəaliyyəti ikili standarlardan, rəsmi Bakıya qarşı qərəzli mövqedən, ermənipərəstlikdən başqa bir şey olmayıb. Biz bunun bariz sübutunu 44 günlük Vətən müharibəsi zamanı öz xislətini yığıb-yığışdıra bilməyən Fransanın, Ermənistanı gizli-yollarla istifadəsi qadağan olunan təhlükəli silahlarla təchiz edən Rusiyanın timsalında bir daha şahidi olduq.
ABŞ-ın Ermənistandakı səfirinin son açıqlamalarını (ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi son bəyanatına regiondakı yeni reallıqları nəzərə almayan fikirlər səsləndirib. O, Qarabağ münaqişəsinin həll olunmadığını iddia edərək, sərsəm fikirlər səsləndirir. Faktiki olmayan məsələlərdən bəhs edən səfir diplomatik etikadan kənar fikirlərlə yadda qalıb) da nəzərə alsaq, bu qurumun fəaliyyətinin Ermənistanın maraqlarına xidmət etməkdən başqa heç bir iş görmədiyini, faktiki olaraq erməni lobbisinin təsir orbitindən kənara çıxmadıqlarını istər II Qarabağ müharibəsinə kimi baş verən, istərsə də ondan sonrakı proseslərdə aydın sezmək olar. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Nyu-Yorka tələsik səfərlərinin də səbəbi məhz Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirmək istəyidir. Lakin Minsk qrupu bilməlidir ki, Bakının tələb və şərtləri dəyişməz olaraq qalır. Xalqların öz müqəddaratını həll etmə prinsipi müzakirə mövzusu belə olmayacaq. Məlumdur ki, Minsk qrupunu təmsil edən aktyorlar regiondakı maraqlarını məhz Ermənistanı dəstəkləməklə davam edəcəklər. Bu isə, gələcək illərdə müharibə ehtimalını artırır, Bakı və İrəvan arasında uzunmüddətli sülhə, yeni dialoqlara, əməkdaşlığa mane olur.
Və ən əsası, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, status məsələsi gorbagor olub,  "Dağlıq Qarabağ" inzibati ərazi bölgüsü 7 iyul yeni iqtisadi rayonların yaradılması ilə bağlı dövlət başçısının imzaladığı Sərəncamla birdəfəlik ləğv edilib və heç bir zaman da bərpa edilməyəcək. Bunu istər Mİnsk Qrupunun həmsədrləri, istər İrəvan, istərsə də lobbi anlamalıdır. Bir gerçək isə ondan ibarətdir ki, bütün bu qüvvələr yaxşı bilirlər ki, əsassız ərazi iddiaları bölgədə sülh quruculuğu ilə bağlı kövrək vəziyyətin gərginləşdirilməsinə xidmət edir, yeni müharibə ocağının yaradılması üçün zəmin hazırlayır. Bu isə kimə sərf etməyəcək? Bu sual daha çox elə məhz Paşinyan rejimini düşündürən sual olmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA