sedanews.az
sedanews.az

Prezident İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri

3-02-2022, 10:48 315 dəfə baxılıb

                              
    Prezident İlham Əliyevin Gəncəyə səfəri Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının tərkib hissəsidir. Belə səfərlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişlər, imzaladığı sərəncamlar şəhərin hər tərəfli inkişafına zəmin yaradır.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, prezidentliyinin 18-ci ilində Gəncə şəhərinə 18 - ci səfəri heç təsadüfi deyil. Bu həm Gəncənin ölkəmiz üçün əhəmiyyəti, həm də bir sıra layihələrin məhz Gəncə şəhəri ilə əlaqədar olması ilə bağlıdır. Bu gün Gəncədə bir çox ölkə əhəmiyyətli təmir–tikinti işləri, yenidənqurma proyektləri mövcuddur. Gəncə istər sosial -iqtisadi, istərsə də siyasi baxımdan nəinki Azərbaycanda, regionda xüsusi mövqeyə sahib şəhərlərdəndir. Prezident İlham Əliyevin hər Gəncə səfəri şəhərin əsas qlobal problemlərinin həllinə yönəlmişdir. 2004-cü ildən bu yana prezident kimi həyata keçirtdiyi səfərlərdə Gəncədə böyük işlərə imza atılmış, əhəmiyyətli maddi büdcəyə sahib layihələr həyata keçirilmiş, bir çox proyektlərin təməli qoyulmuşdur.
Prezident İlham Əliyev səfər çərçivəsində həm də Gəncə Memorial Kompleksinin təməlini qoyub. Olduqca böyük ərazini əhatə edən Memorial Abidə Azərbaycanın II Qarabağ müharibəsi zamanı dinc əhalinin üzləşdiyi alçaqca törədilmiş terror hadisələrinə münasibətinin əksidir. Prezident bildirib ki, bu kompleks böyük bir ərazini əhatə edəcək. Gəncəyə gələn hər kəs erməni faşizminin əsl üzünü görmüş olacaq. Dövlət başçısı vurğulayıb ki, ermənilərdən fərqli olaraq Azərbaycan ordusu heç vaxt hərbi cinayətə əl atmayıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş regionların sosial –iqtisadi rifahının yüksəldilməsi çərçivəsində Cənab Prezident İlham Əliyevin xüsusi təşəbbüsləri bu gün Gəncəni ölkənin və regionun inkişaf şəhərinə çevirmişdir. Gəncədə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə geniş vüsət alan tərəqqidən kənarda qalmayıb, gündən-günə inkişaf edən bir şəhərə çevrilib.
                                                           Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika                                                                    Gimnaziyasının Azərbaycan dili və Ədəbiyyat müəllimi                                                                                          Aynur Həsənova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA