sedanews.az
sedanews.az

Rusiyaya ən böyük cəzanı özü kəsdi - Moskvanın planı fiaskoya uğrayır

4-04-2022, 12:30 228 dəfə baxılıb

Rusiyaya ən böyük cəzanı özü kəsdi - Moskvanın planı fiaskoya uğrayır

"Rusiya o zaman 2008-ci ilin avqustunda qorxdu, bizə qarşı müharibəni dayandırdı, indi də belə ola bilər. Biz artıq bir çox şəhər və qəsəbələrdən rus ordusunun geri çəkildiyinə şahidik".
Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
O bildirib ki, bu müharibə Rusiyanı məhv edəcək:
"Yaşasın Ukrayna" deyimi artıq parol kimidir, yeni dünyanın yaranmasının simvoluna çevrilib. O dünya ki, pislik aradan qaldırılacaq, yırtıcı dişlərdən və caynaqlardan əbədi olaraq xilas ediləcək.
Amma bu dünyanın necə olacağı bilavasitə pisliyin, törədilmiş cinayətlərin əvəzini nə qədər tam ödəyəcəyindən asılıdır. Burada söhbət təkcə mənəvi cəhətdən yox, eyni zamanda trilyonlarla dollardan gedir.
Hazırda müharibə davam edir və bu savaşda tərəf seçimi hər kəs üçün fərdidir. Və bu seçimi hamı edir - dövlət başçılarından tutmuş sadə vətəndaşa qədər. Siyasətçilər üçün daha asandır, onlar kifayət qədər informasiyaya malikdirlər və rasionalizmlə vicdan arasında seçim edirlər. Vicdan, bir qayda olaraq, rasional arqumentlərə təslim olur və siyasətçinin əsaslandırılması həmişə standartdır - ölkə, vətəndaşlar qarşısında məsuliyyət və s.
Kreml apardığı bu müharibə ilə Ukraynanı yox, Rusiyanı - özünü məhv edəcək, artıq bu proses başlayıb. Rusiya müharibənin "şər qüvvəsidir", onların bu gün törətdiyi cinayətlərə heç bir bəraət qazandırmaq olmaz. Pislik cəzasını çəkməlidir və cəzasını da alacaqdır".
Təhməz Əsədov
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA