sedanews.az
sedanews.az

Xalqın etimadını və etibarını doğruldan Prezident!

6-04-2022, 10:15 284 dəfə baxılıb

                                      Xalqın etimadını və etibarını doğruldan Prezident!

    Hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan dövləti ikinci dəfə müstəqil olandan sonra, son 29 ildə xalq öz düzgün seçimini etmişdir. Bu seçim, bu yol Ulu Öndər Heydər Əliyev yoludur! Heydər Əliyev bizlərdən cismən ayrılsa da, onun Azərbaycanın gələcəyi naminə gözəl ideyaları hələ də yaşayır. Çünki bu yolu hal-hazırda uğurla davam edən, Ulu Öndərin siyasi varisi, cənab İlham Əliyevdir!. 
İlham Əliyev gənc lider olaraq ilk dəfə prezident seçkilərinə qatılarkən, öz çıxışlarının birində “Mən hər bir Azərbaycanlının, hər bir vətəndaşın prezidenti olacağam!” deyə söz vermişdi. Bu gün O, verdiyi sözə çox yüksək səviyyədə əməl edir. 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən artıq 4 il keçir. Bu müddət ərzində Prezidentimiz 3 dəfə seçildiyi hər dövrdə, Azərbaycanın inkişafı və bir dövlət kimi daha yüksək miqyasda tanınması üçün öz siyasi bilik və genetik bacarığı ilə böyük uğurlar əldə etməyə nail olmuşdur. 
Təsadüfi deyil ki, 2018-ci il 11 apreldə növbədənkənar prezident seçkilərində, Prezident İlham Əliyev seçicilərinin mütləq əksəriyyətinin dəstəyini qazanmış və 86.02% səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalq Ümummilli lider Heydər Əliyevdən sonra cənab İlham Əliyevə Azərbaycanın gələcəyi naminə ümid bəslədi. 
Bu dövrlər ərzində, Azərbaycan dövlətinin iqtisadiyyatı daha da artmış və beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. Bununla paralel hərb sahəsində, ordumuzun güclənməsi, sonradan bizə 44 günlük ikinci Qarabağ müharibəsinin zəfərini yaşatmağı nəsib etdi. Bütün bu uğurlar Dövlət Başçısının, Ali Baş Komandanın uzaqgörənliyinin, güclü diplomatiyasının, beynəlxalq səviyyədə nüfuzunun bariz nümunəsidir! 
Əslində müharibədə qələbə əldə etməyimiz, torpaqlarımızın düşmən tapdağından azad olunması, 30 illik məcburi köçkün, didərgin həsrətinə son qoyulması və bu torpaqlarda yenidən tariximizin bərpa olunması, itirdiklərimizin bizə qaytarılması Prezidentimiz İlham Əliyevin əməyinin nəticəsidir! 
Zaman-zaman bəzi müxalif qüvvələr, sapı özümüzdən olan baltalar Prezident İlham Əliyevin yürütdüyü siyasətə kölgə salmaq istəyirdilərsə, son dövrlərin hadisələri, həmin bu ünsürləri tərki silah etdi! Belə ki, onların qarayaxma kompaniyalarına cavab olaraq, torpaqlarımızın işğaldan azad olunması oldu.
Azərbaycan xalqı 2003-2018-ci illər ərzində keçirilən Prezident seçkilərində, İlham Əliyevi seçərkən, əslində davamlı inkişafa və siyasi sabitliyə səs vermişdir. Belə ki, bu illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmış, o cümlədən 3100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilmişdir.
Güclü Azərbaycan qurmaq niyyətində olan Prezident İlham Əliyev, hər zaman dövlət sektorları ilə yanaşı, sahibkarlığın inkişafı naminə, onların səmərəli fəaliyyətinə önəm vermiş və hər zaman sahibkarlara kömək etmiş və onlar üçün hər sferada yaşıl işıq yandırmışdır. Belə ki, hal-hazırda ölkəmizə investisiya qoyanların sayı günü-gündən artmaqda davam edir. 
     İqtisadiyyatın güclənməsinin bir mühüm amili də, ölkəmizdə olan neft-qaz sektorunun əsaslı şəkildə inkişaf etməsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Bakı-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi. Bu neft kəmərinin istifadəsi sonradan ölkəyə böyük gəlirlər gətirməyə başladı. Bunun davamı olaraq, Bakı-Tibilisi-Ərzurum qaz kəməri və sonradan “Cənub Qaz Dəhlizi”-nin də əsasının qoyulması, Azərbaycan dövlətini qaz ixrac edən ölkəyə çevirdi. 
2003-2018-ci illər, Azərbaycanın tərəqqi ilidir desəm yanılmaram. Belə ki, dövlətimiz hər bir sahədə güclü inkişaf dönəminə keçid almaqla və eyni zamanda ata vəsiyyətinə əməl edən cənab İlham Əliyev xalqın etimadını və ömürlük etibarını qazandı.

                                                                          Əmircan Bələdiyyəsinin sədri: Cəmilə Ağayeva 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA