sedanews.az
sedanews.az

Sonuncu Bürüsel səfəri Azərbaycanın diplomatik müstəvidə qələbəsidir

11-04-2022, 14:18 368 dəfə baxılıb

                        
    Dəyişib, inkişaf edən dünyada yaşayırıq. Ölkəmizdə gündəmin daim yenilənməsi inkişafdan xəbər verir. Yaranan yeni reallıqlar yeni öhtəçiliklər doğurur. Dəyişən hadisələr fövqündə dünya gündəmində özümüzə məxsus yerə sahib ola biliriksə, bu hədəflərə irəlilədiyimiz yolun doğruluğunun müjdəçisidir. Bu gün Azərbaycan artıq gündəmlə ayaqlaşmaqla yanaşı, özü dünyada gedən proseslərin predmetinə çevrilib. Bütün bunlar cənab Prezident İlham Əliyevin qazandığı diplomatik uğurların bariz nümunəsidir. 
Düşünürəm ki, bu gün Möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasında məsuliyyətlilik prinsipi əsasında təminatçı olması dünyaya Azərbaycanın müxtəlif xarakterli beynəlxalq müqavilələrə yaxşı tərəfdaş ola biləcəyi mesajını verir. Biz bunun bariz nümunələrindən birinə ötən ilin dekabrında Belçika Krallığının paytaxtı Bürüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti zamanı şahid olduq. 
Hesab edirəm ki, bir neçə gün öncə Brüsseldə baş tutan işgüzar səfər Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurlarından biri idi. Bu formatlı beynəlxalq görüşlərə dəvət cənab Prezidentin dünyada böyük nüfuzunun göstəricisidir. Hələ Brüssel sülh gündəliyinin əsası qoyulan zaman Prezident İlham Əliyevin bir məsələyə xüsusi yanaşması diqqət çəkmişdir. O vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur və regionda yeni reallıqlar formalaşıb. Bunu Ermənistanın siyasi rəhbərliyi də dərk edir. Keçmişlə müqayisə etdikdə Ermənistan rəhbərliyinin beynəlxalq arenada Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlarnın səngidiyini görürük. Ədaləti susdurmaq qeyri-mümkündür. Deməli, yaradılan əsassız iddialar, miflər zamanla məhvə məhkumdur. 
Düşünürəm ki, 4 saat yarımdan artıq davam edən Bürüsel görüşünün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması Ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm addımdır. Sözügedən sənəddə əsas məqamın Azərbaycanın ərazi bütövlüyü olması və Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif, sülh razılaşmasının əsas komponentinin Azərbaycan tərəfi olduğunun göstəricisidir. Digər mühüm nüanslardan biri isə işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması və quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsidir. Əgər diqqət etsək, görərik ki, Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad edilməyib. Bu çox önəmli faktdır və onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə öz həllini tapıb. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın özü tərəfindən hərbi-siyasi yollarla həll edilib. Dünyada mövcud olan böyük siyasi və iqtisadi mərkəzlərdən biri olan, qərəzsiz və bitərəf Avropa İttifaqının bu prosesdə sərgilədiyi mövqe diplomatik müstəvidə Azərbaycanın qələbəsidir və bu onu göstərir ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir.
 
                                                      Azərbaycan Kikboksinq Federasiyasının Hakimlər 
                                               Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Aydın Ağabəyov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA