Birləşmiş Ştatlar, Avropa və Ukrayna arasında münaqişədə hansı məqsədləri güddükləri və onun necə başa çatması ilə bağlı fikir ayrılıqları yaranıb. Bu barədə “Nyu York Tayms” Ağ Evdəki diplomatik mənbələrinə istinadən məlumat yayıb.
“ABŞ, Avropa və Ukraynanın bundan sonra nə edəcəkləri ilə bağlı fikirlər ayrılığı var. Buna misal olaraq bir sıra Avropa ölkələrinin, o cümlədən Macarıstanın Rusiyadan neft tədarükünə embarqonu dəstəkləmək istəməməsini göstərmək olar”, - məlumatda deyilir.
Qeyd olunur ki, avropalılar hələ də Rusiya qazının idxalından imtina etməyə çalışmırlar:
“Eyni zamanda, Fransa, Almaniya və İtaliya münaqişənin uzana biləcəyindən narahatdır və öz iqtisadiyyatlarına ziyan vuracağından qorxurlar”.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.