sedanews.az
sedanews.az

Zəngəzur dəhlizi reallığa çevrilir

4-07-2022, 09:08 294 dəfə baxılıb


   Xəritə üzərində fikir versək, ölkəmiz Avrasiya materikinin mərkəzində yerləşir. Şərqdən qərbə, şimaldan cənuba gedən ən mühüm nəqliyyat və ticarət yolları məhz ölkəmizin ərazisindən keçib və indi də keçir. Tarixən bu mühüm yollara yiyələnmək uğrunda böyük dövlətlər bir birilə amansız müharibələr aparmış, xalqımız və ölkəmiz bəlalara düçar olmuşdur.
   Qloballaşan dünyada ölkəmizin rolu getdikcə artır, dünya dövlətlərinin ölkəmizə marağı daha da artır. 44 günlük müharibədən sonra, ölkəmizə olan bu maraq daha da artmışdır. Artıq dünyanın əksər maraqlı dövlətləri prezidentin də dediyi kimi, müharibədən sonrakı reallığı qəbul etməyə başlayıblar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu mənada yürütdüyü siyasəti uğurlu qiymətləndirmək mümkündür. Xüsusilə də, 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli     Bəyanatda İlham Əliyevin istəyi ilə, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin əks olunması tarixi nəaliyyətdir. 1920 ci ildə Sovet rəhbərliyinin antimilli siyasəti nəticəsində bu tarixi ərazimiz ermənilərə hədiyyə edilib. Bunun nəticəsində ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə kəsilib. Üçtərəfli bəyanatdan sonra isə Zəngəzurdan dəhlizin açılması ilə yenidən birbaşa yol bərpa olunacaq. Həm dəmir yolu, həmdə prezidentin istəyilə quru yolu. Həqiqətən böyük uğurdur. Bu yol təkcə Naxçıvanla əlaqələr baxımından önəmli deyil, həmdə ölkəmizin tranzit kimi, nəqliyyat qovşağı kimi rolunu daha da artıracaq. Bu yol istifadəyə veriləndə min tonlarla yük buradan daşınacaq. Həm təhlükəsiz, həmdə vaxt baxımından əlverişli olacaq. Hazırda bu yolda intensiv işlər gedir. Bu yol həm də, türk dünyasını birləşdirən yol olacaq və bu mənada cənab prezidentin bu töhfəsini də tarix unutmayacaq.
  29.06.2022 ci ildə Aşqabadda Xəzərsahili ölkələrin VI konfransı keçirildi. Cənab prezident bu konfransda bir daha ölkəmizin tranzit əhəmiyyətini, Zəngəzur dəhlizinin əhəmiyyətini bölgə ölkələrinin diqqətinə çatdırdı. Artıq Mərkəzi Asiya ölkələri bu dəhlizə böyük maraq göstərirlər və bir sıra sazişlər də imzalanmışdır. Nə bilmək olar, bəlkədə cənab Prezidentin Zəngəzur dəhlizinin açılması ilə bağlı uğurlu siyasəti, gələcəkdə xalqımızın öz tarixi torpaqlarına qayıtması üçün bir başlanğıcdır.
   Konfransın gedişində, cənab İlham Əliyev Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, ekoloji problemlərin həll edilməsilə bağlı da mühüm tezislər irəli sürmüşdür. 

Gülnarə Ələkbərova
Suraxanı rayonu 316 №-li tam 
orta məktəbin direktoru 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA