sedanews.az
sedanews.az

Qənirə Paşayeva rəsmi nikahı olmayan şəhid xanımları ilə bağlı məsələ qaldırdı

30-09-2022, 13:39 222 dəfə baxılıb







“Bəzi şəhidlərimiz evlənib, ailə qurub, amma rəsmi nikahda olmayıblar”.


Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin iclasında deputat Qənirə Paşayeva bununla bağlı məsələ qaldırıb. 
Onun sözlərinə görə, qeyri-rəsmi nikahı olan şəhidlərin həyat yoldaşları da şəhid ailəsi kimi tanınmalıdırlar:
“Mənə belə bir şəhid xanımı müraciət etmişdi. Övladına şəhid övladı statusu tanınır, amma xanıma müvafiq status verilmir. O, körpə övladı ilə sabah ev növbəsinə durmalıdır, ona görə status vacib hal alacaq”.
Deputat bildirib ki, bir neçə şəhid ailəsi də eyni problemlə üzləşib.
“Mən xahiş edirəm, bu məsələyə baxılsın”, - deyə o təklif edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA