"Yaxın aylarda Bakının Xətai rayonunda 5 saylı DOST mərkəzinin açılması planlaşdırılır".
APA xəbər verir ki, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. Onun sözünə görə, ilin sonuna qədər isə Bərdə və Şuşa DOST mərkəzi açılacaq:
“Eyni zamanda Xidmətlərin siyahısına da yenidən baxılır. Təkmilləşdirmələr aparılır. Rəqəmsallaşma istiqamətində də işlər görülür. Bu il ərzində mərkəzlər vasitəsilə 140 min min vətəndaşa xidmət göstərilib, 440 minə yaxın vətəndaşa isə “Çağrı mərkəzi üzərindən xidmət edilib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.