Təhsil Nazirliyi bir müddət əvvəl Cəlilabad rayon Musalı kənd orta məktəbinin müəlliminin evində bir qrup şagirdə dərs keçməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən REAL-ın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ilin Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramında Cəlilabad rayon Musalı kənd tam orta məktəbin layihə-smeta sənədlərin hazırlanması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda məktəbin 5-11-ci sinif şagirdləri qonşu Zəhmətabad kənd orta məktəbində tədrisini davam etdirirlər. Məktəb binası 1969-cu ildə tikilib və bu vaxta qədər əsas təmir işləri aparılmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.