sedanews.az
sedanews.az

Siyasi sabitliyin təminatçısı

10-05-2022, 10:49 258 dəfə baxılıb





   “Azәrbaycanın dövlәt müstәqilliyi bizim üçün әn әziz, әn qiymәtli nailiyyәtdir vә bu nailiyyәti, dövlәt müstәqilliyimizi biz daim qoruyub saxlayacağıq.”
Heydər Əliyev
   Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli ictimai - siyasi, dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 99 illik yubileyi tamam olur. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan dahi şəxsiyyət Heydər Əliyev irsinin təbliğ olunması məktəblərin qarşısında duran əsas vəzifələrdən biridir. 
53 il bundan әvvәl, 1969-cu ilin iyul ayının 14-dә Heydәr Әlirza oğlu Әliyev Azәrbaycanın rәhbәri seçildi. Respublikanın 46 yaşlı yeni rәhbәrinin o zaman da böyük idarәçilik vә rәhbәrlik tәcrübәsi olmasına baxmayaraq, әvvәlki illәrdә çalışdığı sahәnin spesifikliyi ilә әlaqadar cәmiyyәtdә onun haqqında geniş mәlumat yox idi. Lakin hamı bilirdi ki, Heydәr Әliyev respublikada sovet dövlәt sistemindә xüsusi nüfuzu ilә fәrqlәnәn Dövlәt Tәhlükәsizliyi Komitәsinin rәhbәri sәviyyәsinә yüksәlmiş yeganә azәrbaycanlıdır vә elә bu faktın özü onun şәxsiyyәti haqqında bitkin tәsәvvür yaradırdı
    Hәmin dövrdәn keçәn 34 il әrzindә xalqımızın böyük oğlu Heydәr Әliyevin Azәrbaycanın alternativsiz vә hamılıqla qәbul olunan lideri funksiyasını şәrәflә daşıması bir daha göstәrdi ki, bu böyük dövlәt xadiminin 1969-cu ildә hakimiyyәtә gәlişi özünü tam doğrultmuş mühüm tarixi zәrurәt olmuşdur. Tәsadüfi deyil ki, bu illәr tariximizin Heydәr Әliyev dövrü adlandırılır. 
    1960-cı illәrin sonlarında keçmiş SSRİ-nin әyalәtlәrindәn biri olan Azәrbaycanda iqtisadiyyatda, cәmiyyәtin ictimai - siyasi hәyatında narahatlıq doğuran tәnәzzül proseslәri açıq müşahidә edilirdi. Azәrbaycanın siyasi - iqtisadi hәyatında yaranmış tәnәzzül xalqın mәnәvi - psixoloji durumuna da mәnfi tәsir göstәrmişdi. Respublikanın siyasi rәhbәrliyindә kosmopolit әhval - ruhiyyә hökm sürürdü. Milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilmәsi vә istifadә olunması, dövlәt idarәetmә strukturlarında çalışan mәmurların azәrbaycanlılaşdırılması yönündә heç bir ciddi addım atılmır, әksinә, bu istiqamәtdә edilәn tәşәbbüslәrin qarşısı alınırdı. Aydındır ki, belә bir vәziyyәt milli şüura, milli düşüncәyә vә milli mentalitetә xas olan kadrların yetişmәsinә әngәl yaradırdı. Mәhz Heydәr Әliyevin Azәrbaycanda siyasi hakimiyyәtә gәlişi bu baxımdan mövcud olan anormal vәziyyәti aradan qaldırdı. Onun tәşәbbüsü vә tәkidi ilә Azәrbaycanın o dövrdә – 1978-ci ildә qәbul olunan Konstitusiyasında Azәrbaycan dili dövlәt dili statusu aldı. 
1970-ci illәrdәn başlayaraq, Azәrbaycan nәinki sürәtli yüksәliş mәrhәlәsinә qәdәm qoymuş, yeni intibahını yaratmış, hәm dә bu intibahın növbәti zәruri pillәsi olan azadlıq mücadilәsinә daxilәn hazırlanmışdır. Bu illәrdә Azәrbaycanda milli özünüdәrk prosesi xüsusilә qüvvәtlәnmişdir. Hәmin proses Heydәr Әliyev tәrәfindәn çox böyük hәssaslıq vә uzaqgörәnliklә idarә olunur vә tәnzimlәnirdi. Sovet sisteminin ağır tәzyiqlәrinә baxmayaraq, Azәrbaycanın strateji maraqları naminә ciddi addımlar atılırdı. Keçmiş SSRİ- nin ayrı - ayrı respublkalarında rejimin әleyhinә çıxış edәn elm vә mәdәniyyәt xadimlәri, ziyalılar tәqiblәrә, tәhdidlәrә mәruz qaldıqları halda, Azәrbaycanda yaradıcı ziyalılar üçün sәrbәst düşüncә vә iş şәraiti hökm sürürdü. 
Ölkәnin iqtisadi hәyatında önәmli rol oynayan Bakı mәişәt kondisionerlәri zavodu, “Azon” Elm-İstehsalat Birliyi, Elektron hesablayıcı maşınlar zavodu, Dәrin özüllәr zavodu, Azәrbaycan DRES-i, Sumqayıt kompressor zavodu, Üst trikotaj fabriki, Bakı tikiş vә ayaqqabı fabriklәri, Gәncә әlvan metallar emalı zavodu, Naxçıvan şüşә qablar zavodu, Әli Bayramlı mәişәt cihazları zavodu vә s. yüzlәrlә digәr iri sәnaye istehsalı obyektlәri 1970-ci illәrin Heydәr Әliyev iqtisadi siyasәtinin diqqәtәlayiq bәhrәlәridir. Hәmin dövrdә bir çox zavod vә fabriklәr, o cümlәdәn neftayırma vә neftmaşınqayırması zavodları, demәk olar ki, tamamilә yenidәn qurulmuşdur. Bakıya, respublikanın şәhәr vә qәsәbәlәrinә yaraşıq verәn çoxlu sayda ictimai әhәmiyyәtli binaların, mәdәniyyәt ocaqlarının inşa edilmәsi dә 1970-80-ci illәrin böyük quruculuq planlarının sәciyyәvi cәhәtlәrindәndir. “Abşeron”, “Moskva”, “Azәrbaycan”, “Tәbriz” kimi nәhәng mehmanxanaların, Respublika sarayının, indiki Prezident sarayının, Prezident iqamәtgahının, Milli Mәclisin binasının, habelә “Gülüstan” sarayının, İdman - Konsert Kompleksinin, Әl oyunları idman sarayının, onlarca digәr binaların, idman - mәdәniyyәt komplekslәrinin tikilib istifadәyә verilmәsi, dövlәt, mәdәniyyәt, incәsәnәt xadimlәrinin, tarixi şәxsiyyәtlәrin, milli qәhrәmanların xatirәsini әbәdilәşdirәn abidәlәrin qoyulması bu dövrün quruculuq salnamәsinә vә ümumiyyәtlә, Azәrbaycanın memarlıq - şәhәrsalma tarixinә qızıl hәrflәrlә hәkk olunubdur. 
     1970-80-ci illәrdә Heydәr Әliyevin uzaqgörәnliklә әsasını qoyduğu әn gözәl, әn dәyәrli tәhsil әnәnәlәri sırasında azәrbaycanlı gәnclәrin respublikamız üçün gәrәkli ixtisaslara yiyәlәnmәsindәn ötrü keçmiş SSRİ-nin qabaqcıl ali mәktәblәrinә göndәrilmәsi praktikası xüsusi yer tuturdu. Hәr il respublikanın әn perspektivli, qabiliyyәtli gәnclәrinin böyük bir hissәsinin SSRİ - nin әn böyük, elm vә tәdris әnәnәlәri ilә tanınmış qabaqcıl ali mәktәblәrinә oxumağa göndәrilmәsi Heydәr Әliyevin uzaqgörәn siyasәtinә әn bariz misallarındandır. Bu yolla Azәrbaycanın elmi vә kadr potensialının yüksәldilmәsi ilә yanaşı, әn qabiliyyәtli gәnclәrimizin vasitәsilә xalqımızın mәdәniyyәtinin, mәnәvi - әxlaqi dәyәrlәrinin tәbliği, Azәrbaycan haqqında ona layiq olan rәyin vә tәsәvvürlәrin formalaşdırılması kimi çox vacib bir vәzifә dә yerinә yetirilirdi. Böyük iftixar vә qürur hissi ilә deyә bilәrik ki, hәmin illәrdә Azәrbaycandan kәnara ali mәktәblәrә oxumağa göndәrilәn gәnclәrin bir qismi indi yaxın xaric hesab edilәn ölkәlәrdә respublikamızın vә xalqımızın mәnafeyini müdafiә edәn, ona dayaq olan Azәrbaycan diasporunun düşünәn beynini, vuran qәlbini tәşkil edir. 
Heydәr Әliyevin titanik fәaliyyәtinin әhәmiyyәtli bir qolunu Azәrbaycanın şöhrәtinin artırılması, onun bütün dünyada tanıdılması, xalqımızın elm vә mәdәniyyәtinin, tarixi adәt - әnәnәlәrinin, tanınmış xadimlәrinin tәbliği istiqamәtindә hәyata keçirdiyi genişmiqyaslı işlәr tәşkil edirdi. Azәrbaycanın tarixi şәxsiyyәtlәrinin adlarının әbәdilәşdirilmәsi, görkәmli mәdәniyyәt xadimlәrinin fәxri adlara layiq görülmәsi, keçmiş SSRİ respublikalarında Azәrbaycan mәdәniyyәti vә incәsәnәti günlәrinin keçirilmәsi respublikamızın tәkcә neft, pambıq, üzüm diyarı deyil, hәm dә qәdim vә böyük mәdәniyyәtә malik diyar olduğunu bütün dünyaya bәyan edirdi. Süleyman Rüstәm, Rəsul Rza, Süleyman Rәhimov, Mirzə İbrahimov, Qara Qarayev. Fikrət Әmirov, Rəşid Behbudov kimi şairlәrin, yazıçıların, incәsәnәt xadimlәrinin SSRİ-nin әn yüksәk mükafatlarını vә fәxri adlarını alması Azәrbaycan mәdәniyyәtinin inkişafına, tәbliğinә, tanınmasına Heydәr Әliyevin verdiyi әn böyük töhfәlәrdәndir. 
    Dağlıq Qarabağ probleminin hәlli yönümündә Prezident Heydәr Әliyevin geniş vә çoxşaxәli fәaliyyәtinin әsas mәzmununu münaqişәnin beynәlxalq normalara uyğun vә dünya ictimaiyyәtinin yaxından kömәyi ilә nizama salınması tәşkil edir. Vaxtilә dünya siyasәtindә demәk olar ki, tәcrid olunmuş, informasiya blokadasında sıxılan, haqqı tapdandığı halda, ermәni tәbliğatı sayәsindә üstәlik dünya birliyinin dә qınağına tuş gәlәn, ABŞ Konqresinin 1992-ci ildә qәbul etdiyi mәlum 907-ci düzәlişlә ayrıseçkiliyә mәruz qalan Azәrbaycan yalnız vә yalnız Prezident Heydәr Әliyevin fәal diplomatiyası nәticәsindә dünyanın bütün demokratik dövlәtlәrinin vә aparıcı ictimai tәşkilatlarının ölkәmizә, onun zorla cәlb olunduğu silahlı münaqişәyә münasibәtini kökündәn dәyişdirmәyә nail ola bildi. Azәrbaycanın BMT, ATӘT kimi nüfuzlu tәşkilatlarla әmәkdaşlığının dayanıqlı xarakter kәsb etmәsi, NATO ilә tәrәfdaşlıq әlaqәlәrinin yaradılması vә getdikcә güclәnmәsi dә son illәrin uğurlu xarici siyasәtinin real nәticәlәridir.
Heydәr Әliyevin uğurlu daxili vә xarici siyasәti nәticәsindә 2001-ci ilin yanvarında Azәrbaycan Avropa Şurasına tam hüquqlu üzv qәbul olunmuşdur. Bununla da ölkәmizdә hüquqi islahatların uğurla aparılması, demokratik hüquqi dövlәt qu- ruculuğu vә insan hüquqlarının müdafiәsi kimi bәşәri dәyәrlәrә dönmәdәn әmәl olunması özünün layiqli qiymәtini almışdır. 
     Heydәr Әliyevi bir şәxsiyyәt, dövlәt xadimi vә lider kimi dәyәrlәndirәn aparıcı keyfiyyәtlәr sırasında millilik, milli köklәrә bağlılıq hәmişә öndә olubdur. O, Azәrbaycana rәhbәrlik etdiyi bütün dövrlәrdә ürәyinin әn dәrin qatlarına qәdәr milli lider olduğunu nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qәrarlaşmış milli dәyәrlәrinin bәrpa edilmәsi, Azәrbaycan dilinin inkişafı, milli mәdәniyyәtimizin, әxlaq normalarımızın, dinimizin, mәnәviyyatımızın yüksәldilmәsi, gәnclәrin milli ruhda tәrbiyә edilmәsi Heydәr Әliyevin liderlik qayәsini müәyyәn edәn cәhәtlәrdәn idi. 
    Bu gün hәr birimizin taleyindә dahi müasirimiz olan Heydәr Әliyev dühasının bir zәrrәsi var. Onun hәyatı vә fәaliyyәti, şәxsiyyәti tariximizin ayrılmaz bir hissәsini tәşkil edir. Heydәr Әliyev elә zәngin irs qoyub ki, ondan Azәrbaycan xalqının hәlә neçә - neçә nәsillәri bәhrәlәnәcәkdir. Azәrbaycan tarixindә dәrin, pozulmaz izlәr qoymuş Heydәr Әliyevin әziz vә parlaq xatirәsi qәdirbilәn xalqımızın qәlbindәn heç vaxt silinmәyәcәkdir. Onun qurduğu azad, müstəqil Azәrbaycan әbәdi yaşayacaqdır. 
                                                                      Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin
                                                                      direktoru Səidə Məmmədova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA