Bona Dea və "Lıv Medıcal Group" əməkdaşlıq haqqında müqavilə imzalayır
Bona Dea Beynəlxalq Xəstəxanası ilə Türkiyənin bütün dünyada tanınan “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, Bone Dea Beynəlxalq Xəstəxanasının idarəetməsində Türkiyənin dünya şöhrətli şəbəkəsi də iştirak edəcək.
Müqavilənin bağlanmasında məqsəd iki ölkənin qabaqcıl tibbi qurumları arasında qarşılıqlı əməkdaşlığın, birgə fəaliyyətin artırılması, habelə Türkiyənin səhiyyə sistemində tətbiq olunan ən yeni metodların, texnikanın Bona Dea Beynəlxalq Xəstəxanası vasitəsilə Azərbaycanda da tətbiqinə zəmin yaratmaqdır. Xəstəxana artıq daha peşəkar tibbi personal və Avropa standartlarına cavab verən heyət ilə xəstələrin xidmətində olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.