sedanews.az
sedanews.az

Araz Musayevin qanunsuz tikintisi dayandırıldı - Rəsmi

8-06-2021, 10:38 11 dəfə baxılıb

Araz Musayevin qanunsuz tikintisi dayandırıldı - Rəsmi

Xəbər verdiyimiz kimi, Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuşdu. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirmişdi.
Axar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Unikal.org-a artıq məsələnin öz həllini tapdığı bildirilib.
Belə ki, agentliyin rəisi Cəbrayıl Xanlarov komissiya yaradaraq sözügedən ünvanda tikintinin dayandırlması ilə bağlı qərar qəbul edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də bir sıra qurumların birgə rəyi əsasında qanunsuz tikinti dayandırılıb.
Qeyd edək ki, həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisini FHN-nin bir neçə gün öncə işdən çıxarılan əməkdaşı Araz Musayev həyata keçirirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA