sedanews.az
sedanews.az

Azərbaycan təhlükəli dövrə daxil olur - Bütün vətəndaşların NƏZƏRİNƏ

19-11-2021, 16:46 332 dəfə baxılıb

Azərbaycan təhlükəli dövrə daxil olur - Bütün vətəndaşların NƏZƏRİNƏ

"Nəzərə alsaq ki, dekabr ayında, ümumiyyətlə qış aylarında hava-damcı infeksiyalarının əksəriyyətinin yayılmasında artım görürük, bu həm iqlim şəraiti ilə, həm də insanların immun sisteminin müqavimətinin xəstəliklərə qarşı qış aylarında nisbətən zəiflməsi ilə, eyni zamanda qapalı məkanlardan çox istifadə etməsi, otaqların az havalandırlması ilə əlaqədardır". 
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.Mütəxəssis bildirib ki, 38 dərəcədən yüksək temperaturdakı əlamətləri koronavirus baxımından dəyərləndirilmək lazımdır:
"Digər hava-damcı infeksiyalarında artım gördüyümüz üçün təbii olaraq COVİD-19 virusunun da yayılmasında artım gözlənilir. Ancaq xəstəliyin yoluxduruculuğundan çox hazırda edə biləcəyimiz, ağırlaşmaların qarşısını almaqdır. Ona görə, 3-cü doza vaksin gündəmə gəlib ki, ilk 2 dozanı alıb tamamlamış şəxslərdə üzərindən 5-6 ay keçdikdən sonra immunitet sisteminin qoruyuculuğu zəiflədiyi üçün və önümüzdə qış aylarının olub, xəstəliyin daha çox insanlar arasında yayılacağını gözlədiyimiz üçün gücləndirici dozun (3-cü dozan vaksinin - red.) vacib olduğunu düşünürəm. İnsanlar əgər təkrar 3-cü doz vaksinlərinin zamanı gəlibsə mütləq şəkildə vaksinasiyadan yenidən keçməlidirlər ki, xəstəliklərin önümüzdəki aylarda çox yayılacağı bir dövrdə onları təkrar ağırlaşmalardan qoruya bilək.
Yeri gəlmişkən, onu da bildirmək istəyirəm ki, qeyd etdiyimiz kimi bu dövr digər hava-damcı infeksiyalarının çox yayıldığı bir dövrə təsadüf edir. Bu fəsillərdə müxtəlif hava-damcı infeksiyaları - qrip və başqa viral infeksiyalar eyni oxşar simptomlarla başlayıb davam edə biləcəyi üçün insanları daha diqqətli olmağa çağırırıq. Nəinki oxşar simptomlar, hətta bəzən bu infeksiyaları insanlar ard-arda da keçirə bilərlər. Məsələn, hər hansı soyuqdəymə viruslarını keçirdikdən sonra aradan bir neçə gündən sonra təkrar hərarət və s. davam edir və insanlar yenidən hər hansı bir soyuqdəymə virusuna məruz qaldığını düşünürlər və bunun koronavirus olması gözardı olunaraq bu insanlar cəmiyyət arasında virusun daha çox yayılmasına səbəb olurlar. Buna görə də hər bir temperatur yüksəkliyində, xüsusən də 38 dərəcədən yüksək temperaturda bu əlamətlərin koronavirus baxımından dəyərləndirilməsi vacibdir ki, əhali arasında xəstəliyin bacardığımız qədər qarşısını da ala bilək".
Təhməz Əsədov
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA