sedanews.az
sedanews.az

Biz Qarabağ bölgəsində cənnət yaradacağıq!

6-05-2022, 17:19 236 dəfə baxılıb

    Qalibiyyətlə başa çatmış 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində işğaldan azad olunan bir çox rayonlarımız təəssüf ki, dağıntılara məruz qalmışdır.
    Prezident İlham Əliyevin mayın 4-də “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndələrin təyin olunması” ilə bağlı çıxışında da bu məsələyə toxunmuşdur. Çıxışda qeyd olunan fikirlərdə Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işlərinə artıq başlanılması və keçmiş məcburi köçkünlərin azad olunmuş torpaqlara ən yaxın vaxtda qaytarılması zəruri məsələlərdən biri kimi göstərilib. Dövlətimiz bunun üçün bütün gücləri səfərbər edib. “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsi də məhz birinci layihə kimi Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılacaq. Həmin kəndlərdə məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq və turizm infrastrukturu yaradılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və iaşə binaları, kənd təsərrüfatı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, İtaliya, Çin və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Prezident İlham Əliyevin sözlərinə görə, belə pilot layihələr çox ola bilər.
    Cənab Prezident çıxışında qeyd etmişdir ki, bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək. Rayonun ərazisindən keçən dəmir yolu və avtomobil yolu Azərbaycan ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, həm də beynəlxalq yükdaşımalar üçün bir yol olacaq və bu da Zəngilan ərazisinin Beynəlxalq əhəmiyyətini göstərən vacib məqamlardan biridir.    Erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız artıq yeni görkəm alır. Tarixi abidələrin bərpa olunması ilə, yeni infrastukturların yaradılması ilə erməni vandalizminin izləri yavaş-yavaş silinir. Qarabağın bərpası təkcə Azərbaycanın yox, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olmaqla, regional əməkdaşlığın daha da güclənməsinə təkan verir. Çıxışda toxunulan bir məsələ də digər rayonlarımız kimi Zəngilan rayonunun da böyük turizm potensialına malik olmasıdır. Gözəl təbiəti, meşələri, dağları, çayları, beynəlxalq hava limanı, dəmir yolu olan bir rayonda otellər yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bütün bu proseslər oraya qayıdacaq insanlar üçün gəlir mənbəyi olacaq. Çünki azad edilmiş ərazilərin tabii iqlimi və coğrafiyası bir çox məsələlər ücün əlverişlidir. Prezident İlham Əliyevin dediyi kimi, biz Qarabağ bölgəsində cənnət yaradacağıq.

                                                                     Səttar Bəhlulzadə adına
                                                                      Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının                                                                           müəllimi Rüstəmzadə Təranə






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA