Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xırdalan şəhərində vətəndaşları qəbul edib.
REAL nazirliyə istinadən xəbər verir ki, qəbulda Zəngilan, Qubadlı, Abşeron rayonlarının və Sumqayıt şəhərinin sakinləri iştirak edib.
Onların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.