sedanews.az
sedanews.az

Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında memorandum imzalanıb

4-10-2024, 14:38 68 dəfə baxılıb


   Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb.
   Bu barədə APA-ya Ədliyyə Nazirliyindən bildirilib.
  Qonaqları salamlayan nazir iki qardaş ölkə arasında münasibətlərin xüsusi önəm daşıdığını və müttəfiqlik səviyyəsində uğurla inkişaf etdiyini qeyd edib. Fərid Əhmədov vurğulayıb ki, hüquqi sahədə də əməkdaşlığımız daim genişlənir və inkişaf edir. Bu ilin may ayında iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış birgə bəyanatın icrası istiqamətində görülən işlərə toxunan nazir bildirib ki, artıq probasiya sistemi, eləcə də cəzaçəkmə müəssisələrində tibb xidmətinin təşkili sahəsində əməkdaşlıq uğurla həyata keçirilir və bu istiqamətlərdə konkret nəticələr əldə edilib.
Azərbaycanda olmaqdan məmnun olduğunu bildirən Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ilə iki qardaş ölkə arasındakı münasibətlərin və əməkdaşlığın daha yüksək səviyyəyə qalxdığını bildirib. Ölkələr arasında ədliyyə sahəsində, eləcə də ədliyyə akademiyaları arasında həyata keçirilən əməkdaşlıqdan bəhs edən türkiyəli nazir əlaqələrin daha da gücləndirilməsinin və təcrübə mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb.
  Görüşdə hüquqi yardımla əlaqədar sorğuların daha çevik şəkildə göndərilməsini təmin etmək məqsədilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq, ekstradisiya və məhkumların verilməsi üzrə əməkdaşlığın səmərəliliyinin artırılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
   Görüşün sonunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Ədliyyə Nazirliyi arasında probasiya və penitensiar sahədə potensialın gücləndirilməsi və əməkdaşlar üçün qarşılıqlı təlimlərin təşkili sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Qeyd edilib ki, ölkələr arasında hüquqi sahədə ikitərəfli əməkdaşlıqla yanaşı beynəlxalq təşkilatlar, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli formatda da uğurlu əməkdaşlıq həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA