sedanews.az
sedanews.az

Bakıda gəncin saçının rənginə görə bıçaqlanması… - Psixoloq

2-07-2021, 10:43 21 dəfə baxılıb

Bakıda gəncin saçının rənginə görə bıçaqlanması… - Psixoloq


İyunun 29-da Bakının Qaraçuxur qəsəbəsində 2 şəxs saçının rənginə görə bir gənci bıçaqlayıb. Bu barədə zərərçəkmiş öz sosial şəbəkə hesabında məlumat verib. O, saçını mavi rəngə boyadığı üçün bıçaqlandığını bildirib.
Maraqlıdır, 2 şəxsin birini məhz xarici görünüşü fərqli olduğuna görə bıçaqlamasında hansı psixoloji səbəblər rol oynayır?
Məsələ ilə bağlı Axar.az-a açıqlamasında psixoloq Gülər Məmmədova bildirib ki, müasir dövrdə tək insanlara deyil, hətta heyvanlara da şiddət tətbiq edən insanlar var:
“Cəmiyyətimizdə xüsusilə yeniyetmələr özlərini təsdiq etmək üçün onlardan zəif insanlara xətər yetirirlər. Heyvana belə şiddət göstərən bu cür insanlar cəmiyyətin onları qəbul etmədiyini düşünərək ətraflarına təzyiq edirlər.
Bu insanlarda davranış pozuntuları olur. Onların şiddətə əl atması qeyri-qanuni hərəkətdir. Heç kəsin insanları saçının rənginə, geyiminə, hərəkətlərinə görə mühakimə etməyə və onlara zərər verməyə qanuni baxımdan ixtiyarı yoxdur. Ailədə düzgün tərbiyə olunmayan insanların ancaq zəiflərə gücü çatır. Onlar öz qrupları arasında lider kimi görünmək istədiklərinə görə bu kimi davranışlara yol verirlər. Bu gün cəmiyyətimizdə saçının uzunluğu, rəngi, geyimi fərqli olan insanlara qarşı münasibət normal və təbiidir. Ancaq istisna hallarda psixoloji pozuntuları olan insanların onlara qarşı reaksiyası belə sərt olur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA