Səhiyyə Nazirliyindən aparıcının tənqidlərinə REAKSİYA - YENİLƏNİB
Səhiyyə Nazirliyi koronavirusdan yeni sağalan aparıcı Tural Əsədovun tənqidinə münasibət bildirib.
Qurumdan
Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər-hansı bir vətəndaşın poliklinika və ya sahə həkimindən narazılığı varsa, Bakı Baş Səhiyyə İdarəsinə şikayət ərizəsi ilə müraciət edə bilər:
“Bu müraciətlərin hər biri xüsusi təyin edilmiş komissiya tərəfindən araşdırılacaq”.
İlhamə Əbülfət11:24“Koronavirusa yoluxmuşdum. Birinci gün özümü narahat hiss etdim, təcili yardıma zəng vurdum. Evə gəlib test götürdülər, cavab pozitiv çıxdı. 14 gün evdə müalicə aldım. 5-6 gün hərarətim var idi, 39-a qədər yüksəlirdi. Antibiotik içmədim, ancaq vitamin qəbul edirdim”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri koronavirusdan yeni sağalan aparıcı Tural Əsədov deyib.
O, aparıcısı olduğu “Səhər Mərkəzi”nin efirinə çıxaraq Səhiyyə Nazirliyinin fəaliyyətindən şikayətlənərək sahə həkimləri ilə yaşadığı problemdən danışıb:
“Səhiyyə Nazirliyi evdə müalicə alanlar üçün xüsusi dərman dəsti göndərməlidir. Amma sahə həkimi bunu mənə demədi. Siz də tələb edin. Dərmanlar barədə araşdırın. Dünən zəng vurub bu barədə soruşdum. Mənə dedi ki, dərman dəsti imtiyazlı ailələr üçündür.
Mənə maraqlıdır, həkim telefondan mənim imtiyazlı olmadığımı necə anladı? Xəstəsinizsə, həkiminizdən dərmanları tələb edin. Həmin dərmanların qiyməti 60-90 manatdır. Haqqınızı tələb edin. Daha sonra vəziyyət modul tipli xəstəxanalarda pulla yer almağa qədər gəlib çıxır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.