sedanews.az
sedanews.az

Azərbaycanda 17 400 tələbənin təhsil haqqını dövlət ödəyir

6-06-2022, 11:49 258 dəfə baxılıb

    "Ali təhsil pilləsində əhatəliyin genişləndirilməsi üçün əlavə tədbirləri həyata keçirməyə başlamışıq".
"Report"un xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
    Onun sözlərinə görə, ali təhsil pilləsində təhsil alan tələbələrin 46 faizi dövlət büdcəsi vəsaiti hesabına təhsil alır: "Ali təhsil pilləsində təhsil alan tələbələrin 54 faizi isə ödənişli təhsil alır. Ödənişli təhsil alan tələbələrdən də sosial həssas qrupa aid olan tələbələr mövcuddur. Onların da vəsaitlərini dövlət büdcəsi ödəyir. Bunlar- məcburi köçkünlər, şəhid ailələri, valideyn hüququndan məhrum olmuş və ya valideynini itirmiş şəxslərdir, I və ya II dərəcəli əlilliyi olan, sağlamlıq imkanları məhdud olan şəxslərdir. Onların sayı ali təhsildə toplam olaraq 17 min 400 nəfərdir. Baxmayaraq ki, onlar ödənişli təhsil alırlar ancaq onların təhsil haqqı xərclərini dövlət qarşılayır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA