sedanews.az
sedanews.az

Şəhid ailələri və qazilərlə görüş keçirildi - VİDEO

9-08-2022, 16:00 268 dəfə baxılıb



14 ailə müalicə məqsədilə naftalana yola salındı
Abşeron rayon icra hakimiyyətində Naftalanda fəaliyyət göstərən Müalicə və Sağlamlıq Mərkəzlərində müalicə almaları üçün yola salınacaq Abşeron rayonundan olan bir qrup şəhid ailəsi və qazilərlə görüş keçirilib.

Görüşdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bacı və qardaşlarımızın ailələri, onların övladları, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, onların ailə üzvləri daim dövlətimizin diqqətindədir.
Görüş zamanı şəhid ailələri və qazilər işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən qürurla danışaraq, ölkə rəhbərliyinə onlara daim göstərilən yüksək diqqətə görə öz təşəkkürlərini bildiriblər.

Görüş başa çatdıqdan sonra şəhid ailələri və qazilər Naftalana yola salınıblar.

Qeyd edək ki, artıq ikinci dəfə təşkil olunan bu səfər Abşeron Rayon və Naftalan Şəhər İcra hakimiyyətlərinin birgə təşəbbüs keçirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA