Onların problemləri dinlənildi, həlli yolları müzakirə olundu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşəbbüsü ilə Şəhid ailələri və Vətən Müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək proqramına uyğun olaraq maarifləndirmə yönümündə görüş keçirildi.
Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri,Vəkillər Kollegiyasının üzvüləri,Şəhid ailələri, Qazilər iştirak etdilər.
Qeyd edək ki, gələcəkdə də bu tipli hüquqi maarifləndirmə tədbirləri davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.