sedanews.az
sedanews.az

Azərbaycan Prezidenti xəstəxanada Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçiyə baş çəkib

21-10-2022, 12:16 261 dəfə baxılıb

  Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.
REAL xəbər verir ki, dövlət başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.
  Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi də öz növbəsində qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılmalarına və onların dərhal tibbi müayinədən keçirilərək müalicə almalarına görə dövlətimizin başçısına və tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA