sedanews.az
sedanews.az

“BakıKart” terminalları hər yerdən götürülür AÇIQLAMA

6-04-2022, 15:16 486 dəfə baxılıb

        “BakıKart” terminalları hər yerdən götürülür AÇIQLAMA

  Ötən ilin sentyabrdan başlayaraq sərnişinlərimizin "BakıKart”ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan əlavə imkanlar yaradılıb.
Bu sözləri açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "BakıKart” terminallarının yığışdırılması barədə suala cavab olaraq bildirib.
O bildirib ki, hazırda dayanacaqlardan kənarda da "BakıKart”ın balansını artırmaq imkanı yaradılıb:
"Əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 "MilliÖn” və 50 ədəd "BakıKart” terminalı mövcud idi.
Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün "MilliÖn” terminalları "BakıKart” ödənişlərini qəbul edir. Birdən birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb, genişlənib.
"MilliÖn” terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi "BakıKart” balansınızı da artıra bilərsiniz. Nəzərə alsaq ki, Bakı şəhərinin inzibati ərazisində 1400 ədəddən çox "MilliÖn” var, bu, artıq sərnişinlərimiz üçün çox böyük rahatlıq deməkdir.
Ona görə bir daha sərnişinlərimizə müraciət edərək bildirmək istərdim ki, "BakıKart”ın balansını artırmaq üçün hansısa avtobus dayanacaq məntəqəsində terminal axtarmağa zərurət yoxdu.
Bütün digər ödənişlər kimi bunu marketlərdə, iaşə obyektlərində olan "MilliÖn” terminalları ilə edə bilərlər”, - o qeyd edib. (Axar.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA