sedanews.az
sedanews.az

Milli Məclis “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib

22-10-2024, 11:37 181 dəfə baxılıb



Milli Məclisin bu gün keçirilən “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
   Qanun layihəsində Azərbaycanda fiziki və hüquqi şəxslərin minatəmizləmə fəaliyyəti həyata keçirməsi, minatəmizləmə fəaliyyəti ilə bağlı məlumatların toplanılması, idarə olunması və istifadəsi üçün səlahiyyətli qurum tərəfindən minatəmizləmə fəaliyyətinə dair informasiya sisteminin formalaşdırılması, minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmə aparılması nəzərdə tutulur.
Bundan başqa, layihəyə əsasən, mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət qaydası müəyyənləşir.
   Qanun layihəsində minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi də nəzərdə tutulur.
   Sənəddə təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinə dair tələblər də əksini tapıb.
  Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA