sedanews.az
sedanews.az

Bakıda və Abşeronda tozlu hava şəraiti müşahidə olunur

22-02-2023, 14:46 254 dəfə baxılıb


    Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
 Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva "Report"a bildirib ki, havada tozun miqdarı 1,6-3 dəfə normadan artıqdır. Buna səbəb arabir güclənən cənub-qərb və şimal istiqamətli küləklərin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.
   “Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, - o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA