sedanews.az
sedanews.az

Qubadlıda və Balakəndə altı tondan artıq çətənə kolu məhv edildi

8-06-2021, 10:57 569 dəfə baxılıb



Qubadlıda və Balakəndə altı tondan artıq çətənə kolu məhv edildi 

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Bəxtiyarlı kəndi ərazisində çəkisi 2,2 ton olan 4007 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.
“Xaş-xaş-2021” profilaktik tədbirlərin davamı olaraq Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 4 ton olan 8500 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA