sedanews.az
sedanews.az

ƏSA Teatrı Vətən müharibəsinə həsr olunmuş film-tamaşa hazırlayır

7-10-2021, 13:58 438 dəfə baxılıb

ƏSA Teatrı Vətən müharibəsinə həsr olunmuş film-tamaşa hazırlayır


Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan ƏSA Teatrı Vətən müharibəsinə həsr olunmuş film-tamaşa hazırlayır.
“Qonşu” adlandırılan layihə üçün məxsusi pyes yazılıb.
Film-tamaşanın əsas ideyası Azərbaycan xalqının Vətənə olan əvəzedilməz sevgisinin, qarşılıqsız mərhəmətinin tərənnümü ilə yanaşı, yüz illərdir dəyişməyən, əksinə daha da alovlanan mənfur erməni xislətinin ifşasıdır.
“Qonşu” qələbəmizin bir illiyi ərəfəsində əvvəlcə film formatında, daha sonra teatr səhnəsində tamaşaçılara təqdim olunacaq.
Film-tamaşanın müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, prodüseri Nicat Qulamdır. Rolları teatrın aktyorları Elşən Əsgərov, Günay Məmmədova, Elvin Şahmərdan, Səmayə Ağayarova, Anar Əliyev, İmran Lalayev, Lalə Süleymanlı və Raul Həsən ifa edəcəklər. Qeyd edək ki, aktyor Elvin Şahmərdan İkinci Qarabağ Müharibəsində iştirak edib.
İkinci qrup Qarabağ müharibəsi əlili olan aktyor Şuşa və Füzuli şəhərlərinin işğaldan azad olunmasına görə müvafiq medallarla təltif olunub.
Oxu.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA